Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Romantik pafoslu rolların əvəzolunmaz ifaçısı

© Photo : APAAzərbaycanın xalq artisti Nurəddin Mehdixanlı
Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Romantik pafoslu rolların əvəzolunmaz ifaçısı Nurəddin Mehdixanlının 60 yaşı tamam olur.

BAKI, 6 okt — Sputnik. Azərbaycanın xalq artisti, görkəmli aktyor Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.

Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun "Solğun çiçəklər" (Bəhram), "Pəncərədə işıq" (Toğrul), "Yaşlı xanımın gəlişi" (Burqomistr) rollarını isə xüsusi qeyd etmək lazımdır.

Aktyor Azərbaycan Dövlət Televiziyasında Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C.Cabbarlının "Solğun çiçəklər" (Bəhram), N.Həsənzadənin "Kimin sualı var?" (İlham), B.Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim) teletamaşalarında iştirak edib.

Mehdixanlı bir sıra filmlərdə də yaddaqalan obrazlar yaradıb.

Nurəddin Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb.

Xəbər lenti
0