Konstantinopolun fəthini 50 il ləngidən döyüş

© Wikipedia / PUBLIC DOMAINAnkara döyüşü 1402-ci il
Ankara döyüşü 1402-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türk dövlətləri arasında ən amansız və mənasız döyüşlərdən biri Ankara yaxınlığında 1402-ci ildə baş verib.

BAKI, 20 iyul — Sputnik. 1402-ci il iyulun 20-də Ankara yaxınlığında Orta Asiyalı türk hökmdarı Teymurləngin (Əmir Teymur) qoşunları ilə Osmanlı sultanı İldırım Bəyazidin ordusu arasında tarixi döyüş olub.

O vaxtkı dünyanın iki böyük imperiyasının başında duran türk sərkərdələri döyüş meydanında üz-üzə gəlib. Əmir Teymurun ordusu İldırım Bəyazidin qoşunlarını məğlub edib, sultanın özü isə əsir götürülüb.

Bundan öncə, Teymurləng Azərbaycan torpaqları, Orta Asiya və Hindistan daxil olmaqla geniş coğrafiyanı ələ keçirmişdi. 

Döyüşdən əvvəl iki hökmdar arasında bir-birini təhrik etmək üçün qarşılıqlı təhqirlərlə dolu bir məktub yazışması olmuşdu. 

Döyüşün nəticəsi olaraq Konstantinopolun türklər tərəfindən fəthi 50 il təxirə salındı. 

Teymurilər dövləti bu qələbəyə baxmayaraq banisinin ölümündən bir müddət sonra parçalandı, onun ardınca isə tarixin arxivinə qovuşdu.

Bu döyüşün türk-müsəlman birliyinə vurduğu ziyanı təsəvvür etmək çətindir. Həmin ərəfədə qonuşuluqda Moskva knyazlığı güclənməkdə idi.

 

Xəbər lenti
0