18:36 10 Dekabr 2016
Canlı yayım
Milli Məclis

Gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarıldı

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
Büdcə müzakirələri (21)
24 0 0

Ziyad Səmədzadə: "Son illərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi gəlirlərə təsir edib, Azərbaycan da bu təsirlərdən uzaq qalmayıb"

BAKI, 30 noy — Sputnik. Bu gün, 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb. Sputnik xəbər verir ki, müzakirələrdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyyatlar, energetika və ekologiya, aqrar siyasət, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, ictimai birliklər və dini qurumlar komitələri iştirak edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda çıxış edərək bildirib ki, son illərdə Azərbaycan dinamik inkişaf nümayiş etdirib: "Qlobal dünyada baş verən sarsıntılar, neqativ meyllər hər bir ölkənin sosial-iqtisadi inkişafına təsir edir. Son illərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi gəlirlərə təsir edib, Azərbaycan da bu təsirlərdən uzaq qalmayıb".

Komitə sədri deyib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin artmasına da ciddi təsir edib: "Azərbaycanda iqtisadi islahatların dərinləşməsi istiqamətində konkret addımlar atılır".

İclasda qeyd edilib ki, obyektiv səbəblərə görə, büdcə zərfinin Milli Məclisə təqdim edilməsində müəyyən gecikmələr olub. Maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən, 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. Nazir büdcədə sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xərclərin prioritet olaraq qaldığını deyib.

Mövzu:
Büdcə müzakirələri (21)

Əlaqədar

2017-ci il üzrə büdcəsi layihəsi Prezidentə təqdim olunacaq
Büdcə təşkilatlarının idxal mallarını satın alması dayandırılıb
Büdcədəki kəsir nə qədər qorxuludur?
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun təsdiq edildi
Neft Fondundan büdcəyə transfertlərin həcmi 3.3 milyard manat azalıb
Teqlər:
iclas, müzakirə, Komitə, Milli Məclis, layihə, dövlət büdcəsi

Əsas mövzular