Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cari il sahibkarlara 120 milyon manatdan artıq güzəştli kredit verilib

© acredo.ruKredit
Kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Banklar Assosiasiyasının prezidenti ölkədə biznes mühitinin təkmilləşdiyini bildirir

BAKI, 28 noy — Sputnik. "Hazırda ölkədə 715 mindən artıq sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunun 105 minə yaxınını hüquqi şəxslər təşkil edir. Son 10 ildə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 32% artıb ki, bu artım biznes mühitinin davamlı təkmilləşdirilməsi, həyata keçirilən inkişaf proqramları və sahibkarlara maliyyə dəstəyinin nəticəsində baş verib".

Yoxlama, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Sahibkar məsuliyyətdən yayınacaqdı..."

Bunu Sputnik-ə açıqlamasında, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda biznesə başlama prosedurları və xərclərinin azaldılması istiqamətində əhəmiyyətli işlər görülüb.

"Vahid pəncərə sistemi yaradılıb, biznesə başlama prosedurların sayı 14-dən 2-yə, sərf olunan vaxt 105 gündən 3 günə, çəkilən xərclər isə adambaşı gəlirlərin 16.8%-indən 1.3%-nə qədər azaldılıb", — bankir qeyd edib.

Z. Nuriyevin sözlərinə görə, təkcə bu ilin ilk 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1815 sahibkara 120 milyon manatdan artıq güzəştli kredit verilib: "Ümumilikdə fəaliyyətə başladığı vaxtdan bu günə qədər Fond 32300 nəfərə yaxın sahibkara 1.9 milyard manata qədər güzəştli kredit verib".

O, qeyd edib ki, hazırda bank sektorunun biznes kreditləri üzrə portfeli 11.3 milyard manat təşkil edir ki, bu da ümumi kredit portfelinin 67%-nə bərabərdir: "Biznes kreditləri üzrə portfelin əsas hissəsi ticarət-xidmət, inşaat-əmlak və sənaye-istehsal sektorlarına yönəlib. Portfelin təqribən 52%-i bu üç sektorun payına düşür. Hazırda bank sektorunun inşaat-əmlak sektoru üzrə kredit portfelinin həcmi 2 milyard manata yaxındır ki, bu da qeyd olunan bu iki sektor arasında sıx bağlılığın bariz göstəricisidir".

Nuriyevin açıqlamasını Sputnik-ə şərh edən iqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə isə, kreditlərin verilməsi ilə bağlı müəyyən neqativ amillər də olub: "Amma hər halda o qədər kredit veriblərsə, yəqin ki, xeyiri olub. Bu kreditlərin əksəriyyəti, əsasən böyük sahibkarlıq subyektlərinə verilib, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin məbləği isə azdır".

Ekspert bildirib ki, bütün dünyada mikro, kiçik və orta sahibkarlığın ÜDM-in formalaşmasında və ixracda payı yüksəkdir, amma bizdə onların payı əhəmiyyətsiz bir hissə təşkil edir: "Çox yaxşı olardı ki, Sahibkarlığa Kömək Milli Fondu, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinə kreditlərin verilməsi ilə bağlı daha çox diqqət yönəldərdi və onlara kreditlərin verilməsi şərtlərini sadələşdirərdi. Çox güman ki, yaxın müddətdə biz o sistemdə yeniliklərin şahidi olacağıq", — deyə o bildirib.

Xəbər lenti
0