02:23 05 Dekabr 2016
Canlı yayım
İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarını cavablandırıb

Prezident: "Terrorçuları "yaxşılara pislərə" bölmək düzgün deyil"

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
128 0 0

Prezident İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur

BAKI, 18 окт — Sputnik. Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.

Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur.

"Bu gün təəssüf ki, biz belə birgə səyləri görmürük və belə olan halda Rusiya tərəfinin yanaşması tam özünü doğruldur. Rusiya bəyan edir ki, terrorçulara, ekstremislərə, radikallara qarşı səyləri birləşdirmək lazımdır", — deyə prezident bildirib. Dövlət başçısından müsahibəni "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov alıb.

Əliyevin fikrincə,  terrorçuları "yaxşılara və pislərə" bölmək düzgün deyil. "Gec-tez bu məsələ bumeranq olacaq – tarix bunu dəfələrlə sübut edib. Lakin hələlik bu istiqamətdə konsensus görmürük, bu isə əlbəttə ki, çox həyəcanvericidir", — deyə agentliyin həmsöhbəti vurğulayıb.

Əlaqədar

İlham Əliyev: Referendumda xalq siyasətimizə dəstəyini bir daha ifadə etdi
İlham Əliyev Sputnik-in suallarını cavablandırıb
İlham Əliyev Antonio Quterreşi təbrik etdi
İlham Əliyev müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı sərəncam verdi
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
İlham Əliyev paytaxtda yeni yaradılan park kompleksinin açılışında iştirak edib
Teqlər:
müsahibə, Sputnik Azərbaycan, İlham Əliyev, terrorçu

Əsas mövzular