02:25 05 Dekabr 2016
Canlı yayım
Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Zakir Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak edəcək

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
9 0 0

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək

BAKI, 18 okt — Sputnik. "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək. Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

Əlaqədar

Müdafiə naziri əsgərlərlə birgə nahar edib
Müdafiə naziri düşmənin mövqelərini müşahidə edib
Zakir Həsənov Çexiya müdafiə nazirinin müavini ilə görüşüb
Belarusun müdafiə naziri Azərbaycana gəlib
Müdafiə naziri hərbi məktəbdə olub
Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib
Teqlər:
Praqa, "Gələcək Qüvvələr Forumu 2016", müdafiə naziri, Zakir Həsənov, Çexiya, Azərbaycan

Əsas mövzular