CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 10 may - FOTO

© Sputnik / Elnur Salayev10 may
10 may - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 10 may – Sputnik. Mayın 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 10-da kim anadan olub?
Heydər Əliyev (1923-2003) - Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının üçüncü prezidenti (1993-2003). Heydər Əliyev beş dəfə Sovet İttifaqının “Qırmızı Ulduz” ordeni, çoxsaylı medallar, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına və nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.
© AP Photo / MIKHAIL METZELHeydər Əliyev
Гейдар Алиев - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Heydər Əliyev
Tomas Lipton (1850-1931) - Şotlandiyalı sahibkar, çay maqnatı, məşhur Lipton çay şirkətinin yaradıcısı.
© AP PhotoTomas Lipton
Tomas Lipton - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Tomas Lipton
Vladislav Listyev (1956-1995) - sovet və rus jurnalisti, teleaparıcı və sahibkar. ORT telekanalının ilk baş direktoru. “Vzqlyad”, “Möcüzələr tarlası”, “Mövzu” və “Pik saat” televiziya proqramlarının müəllifi və ilk aparıcısı. 1995-ci il martın 1-də Moskvada öz evinin girişində qətlə yetirilib. Qətl 1990-cı illərdə Rusiyada ən məşhur cinayətlərdən birinə çevrildi və üstü açılmadı.
© Sputnik / Виталий СавельевVladislav Listyev
Vladislav Listyev - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Vladislav Listyev
Linda Evangelista (1965) - 1990-cı illərin italyan əsilli kanadalı supermodeli. İnanılmaz transformasiya qabiliyyətinə və saç düzümü və saç rənginin daimi dəyişməsinə görə ona buqələmun ləqəbi verildi.
© Gary Gershoff/ Getty Images via AFPLinda Evangelista
Линда Евангелиста - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Linda Evangelista
10 May tarixində dünyada baş verən tarixi hadisələr
1503-cü ildə ispan kəşfiyyatçısı Kristofer Kolumb Kayman adalarını kəşf edib.
1883-cü ildə İmperator III Aleksandrın fərmanı ilə ağ, mavi və qırmızı Rusiyanın milli rəngləri elan edilib.
1932-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) Komintern zavodu ilk 20 sovet televizorunu istehsal edib.
1995-ci ildə tacik rublu Tacikistanın milli valyutasına çevrilib.
2000-ci ildən Azərbaycanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə qeyri-rəsmi Gül bayramı keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0