DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Co Bayden Trampla debat təşkil etmək istəyir

© AP Photo / Jacquelyn MartinCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Bayden ABŞ-ın Respublikaçılar Partiyasından olan sabiq lideri ilə debata hazırdır.
BAKI, 10 may — Sputnik. ABŞ Prezidenti Co Bayden prezidentlik yarışı zamanı ölkənin sabiq lideri Donald Trampla debata hazır olduğunu bildirib.
Bu barədə Rusiya mediası Ağ Evin mətbuat xidmətindən verilən məlumatına istinadən xəbər verib.
"Bu debatı təşkil edin", - Bayden Tramp ilə ölkə başçısı vəzifəsi uğrunda debatlarda nə vaxt iştirak etməyə hazır olacağı sualına cavab verib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə planlaşdırılıb. Bayden və Tramp öz partiyalarının namizədliyini irəli sürmək üçün vaxtından əvvəl səsvermə zamanı artıq lazımi sayda nümayəndə səsini toplaylar, ABŞ prezidentliyinə digər namizədlər isə bu yarışdan kənarlaşıblar.
Bu yaxınlarda "KP.RU" saytı qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenlə istənilən vaxt və istənilən yerdə debatlara hazırdır.
Xəbər lenti
0