CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boşanmalar məsələsinə Milli Məclisdə baxılacaq - Komitə sədri

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidNikah
Nikah  - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.
BAKI, 10 may — Sputnik. May ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Xəbər lenti
0