CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faktiki hava barədə məlumat açıqlanıb

© Sputnik / Murad OrujovBakıda günəşli hava, arxiv
Bakıda günəşli hava, arxiv - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
BAKI, 9 may - Sputnik. Mayın 9-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.
Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub.
Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
© Sputnik / Zulfiyye GuliyevaŞahdağda mövsüm açılışı
Şahdağda mövsüm açılışı - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Şahdağda mövsüm açılışı
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0