DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçdə təlim zamanı 10-dan çox NATO əsgəri yaralanıb

© AFP 2023 / ARMEND NIMANINATO təlimləri
NATO təlimləri - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb.
BAKI, 8 may — Sputnik. İsveçdə təlimlər zamanı paraşütlə tullanmalar nəticəsində ondan çox NATO əsgəri yaralanıb.
Bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb. Onlardan 9-u helikopterlə təxliyə edilib, daha ikisi isə xəstəxanaya aparılıb.
Zərərçəkənlərin sınıqları və xəsarətləri olsa da, həyatları üçün təhlükə olmadığı qeyd edilib.
Bundan əvvəl Buryatiyada yanğınsöndürən paraşütçünün məşq atlaması zamanı xəsarət aldığı bildirilirdi. Paraşütçü huşunu itirib, ona ilkin tibbi yardım göstərilib və gələn təcili tibbi yardım maşınına təhvil verilib.
Xəbər lenti
0