Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bolqarıstan Prezidenti Azərbaycana gəlib

© Photo : AZERTAGBolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.
BAKI, 7 may — Sputnik. Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayılar.
Daha əvvəl onun mayın 8-də Bakıya gələcəyi bildirilirdi.
***
Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.
Səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.
R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirməkdir. Onun prezident İlham Əliyevlə görüşü gözlənilir.
Xatırladaq ki, Bolqarıstan prezidenti Rumen Radev daxili siyasi problemlərə görə mart ayında Azərbaycana rəsmi səfərini təxirə salıb.
Xəbər lenti
0