SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirzoyan Almatıda nələrin müzakirə olunacağını açıqladı

© AFP 2023 / ATTA KENAREErmənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Mirzoyan bildirib ki, Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid edir.
BAKI, 6 may — Sputnik. Ermənistan Almatıda danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Hər iki ölkə Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdə maraqlıdır" - Mirzoyan deyib.

Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.
Ermənistan XİN rəhbəri bildirib ki, Ermənistan Almatıda baş tutuacaq danışıqlarda regionda məhdudiyyətsiz nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı da müzakirə etmək niyyətindədir.
"Biz nəqliyyat infrastrukturunu açmaq istərdik. Hələlik ümumi razılıq yoxdur. Əgər razılıq olarsa, Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan nəqliyyat və ticarət yollarını açmaqdır" - Mirzoyan bildirib.
Mirzoyan onu da bildirib ki, Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid edir.

"Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeydə almaq imkanı olacaq" - Mirzoyan deyib.

O, həmçinin danışıqların irəli addım olacağına, hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0