Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanlarından narazı qalan 11-cilərə DİM-dən açıqlama

© Sputnik / Murad OrujovDİM-in binası
DİM-in binası - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
3 və 10 mart tarixlərində keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub.
BAKI, 6 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə bağlı açıqlama verib.
DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.
"3 və 10 martda keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub" - açıqlamada deyilir.
Bildirilir ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0