Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

© AFP 2023 / GIUSEPPE CACACEDubay
Dubay - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Cari ilin ilk 4 ayı ərzində Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 % artım müşahidə olunur.
BAKI, 6 may — Sputnik. Azərbaycanın turizm imkanları mayın 6-da işinə başlayan "ATM Dubai 2024" (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində tanıdılır. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.
© Photo : The State Tourism Agency of the Republic of Azerbaijan"ATM Dubai 2024" (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində
ATM Dubai 2024 (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində  - Sputnik Azərbaycan, 1920, 06.05.2024
"ATM Dubai 2024" (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində
Milli stenddə Azərbaycan Turizm Bürosu ilə yanaşı, "Azərbaycan Hava Yolları", "Şahdağ" Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir.
Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır.
Həmçinin mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş "Phocuswright WiT" Orta Şərq konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.
8 iyul 2023-cü il tarixindən etibarən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 90 günə qədər qalma imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq olunur. 2023-cü il ərzində Azərbaycana 41085 nəfər BƏƏ vətəndaşı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 11,4 % artım deməkdir. Eləcə də cari ilin ilk 4 ayı ərzində Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 % artım müşahidə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0