SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb

© Photo : MFA AzerbaijanAzərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında
Azərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Görüşdə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib.
BAKI, 30 aprel — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşərək ikitərəfli gündəmdə duran mühüm məsələləri və yeni əməkdaşlıq sahələrinə xüsusi diqqət yetirməklə Azərbaycan və Qətər arasında mövcud tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edib" - məlumatda qeyd olunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 29-da Qətərə işgüzar səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0