Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan ən çox Rusiyaya fındıq ləpəsi ixrac edib - Ölkədə məhsul istehsalı artır

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidfındıq
fındıq - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan ümumilikdə 22,4 mln dollar dəyərində 3633 ton fındıq ləpəsi ixrac edib. Ölkəmizdən Rusiya, Belarus, BƏ, Gürcüstan, İsveçrə, Türkiyə, Almaniya, İtaliya, Polşa və digər ölkələrə fındıq ləpəsi ixrac olunub.
BAKI, 30 aprel — Sputnik. Azərbaycandan Rusiyaya fındıq ləpəsi ixracı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 13,3 milyon dollar dəyərində 2358 ton fındıq ləpəsi ixrac edilib. Bu ilin yanvar-fevral aylarında illik müqayisədə ölkəmizdən Rusiyaya fındıq ləpəsi ixracı 6,3% artıb. Hesabat dövründə Azərbaycanın cəmi fındıq ləpəsi ixracının 65%-i Rusiyanın payına düşüb. Rusiyaya 1 ton fındıq ləpəsinin orta ixrac qiyməti 5672 dollar (9642 manat) təşkil edib.
Hansı ölkələrə fındıq ləpəsi ixrac edirik?
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan ümumilikdə 22,4 milyon dollar dəyərində 3633 ton fındıq ləpəsi ixrac edib. Ölkəmizdən Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İsveçrə, Türkiyə, Almaniya, İtaliya, Polşa və digər ölkələrə fındıq ləpəsi ixrac olunub.
"Azad olunan ərazilərdə 200 hektardan artıq fındıq bağı salınıb"
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli "Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları arasında fındıq mühüm yer tutur və ixrac potensialına görə qərzəkli meyvələr arasında birinci yerdə qərarlaşıb. Son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib.
"Azərbaycanda fındıq bağlarının xəritəsi hazırlanıb"
Beynəlxalq konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev bildirib ki, Azərbaycanda fındıq bağlarının peyk və dronla xəritəsi hazırlanıb: "Fındıq Azərbaycan üçün ən gəlirli, ixracyönümlü məhsullardan biridir. Bu səbəbdən FAO Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildən bəri Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin yüksəldilməsi layihəsini icra edir. Layihənin əsas istiqaməti fındıqçılıqda effektivliyi artırmaq, istehsal edilmiş məhsulun keyfiyyətini yüksəltməkdir".
"İlk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır"
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, keçən il Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadəyə imkan verir. Bu, 1 hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır. Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib.
Fındıq bağlarına görə subsidiya verilir
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Fındıq bağlarını sığortalamaq mümkündür
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi fındıq bağlarını çoxsaylı risklərdən qorumağa imkan verir. Aqrar Sığorta Fondu təsis olunduğu tarixdən etibarən ölkədə fındıq bağlarını sığorta etməyə başlayıb. Fındıq bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Təminat verilən risklər sırasına dolu, donvurma, sel-su basma, ildırım, yanğın, qasırğa və digər hallar aiddir.
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 29.04.2024
fındıq
Ölkədə fındıq istehsalı artır
Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə ölkədə fındıq istehsalı 2022-ci ilə nisbətən 4,6% artaraq 75,4 min ton olub. Keçən il Azərbaycandan fındıq ləpəsi ixracının 55,6%-i Rusiyanın, 16,7%-i Almaniyanın, 12,1%-i İtaliyanın, 15,6%-i isə digər ölkələrin payına düşüb.
Xəbər lenti
0