DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ankara yaxın vaxtlarda Putinin səfərini gözləyir - Mənbə

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini deyib.
BAKI, 29 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın vaxtlarda gözlənilir, lakin hələlik yekun tarix razılaşdırılmayıb. Bu barədə RİA Novosti-yə Türkiyə paytaxtındakı diplomatik mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib.
"Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, səfərin tarixi yaxın vaxtlarda bəlli olacaq", - agentliyin həmsöhbəti bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini deyib. Onun sözlərinə görə, o, rusiyalı həmkarı ilə daim əlaqə saxlayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində təsdiqləyib ki, prezidentlər birbaşa görüşlərin olmamasını telefon danışıqları ilə kompensasiya edirlər.
Xəbər lenti
0