DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada əsgər çatışmır

© AFP 2023 / Axel HeimkenAlman əsgərləri, arxiv
Alman əsgərləri, arxiv - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Abunə olmaq
Bundesverin "Ehtiyatda olan hərbçilər Assosiasiyası"nın prezidenti Patrik Zensburq bu ölkədə fövqəladə hadisə baş verəcəyi təqdirdə neçə əsgərə ehtiyac olacağını araşdırıb.
BAKI, 27 aprel — Sputnik. Hazırda Almaniya ordusunda əsgər çatışmazlığı müşahidə olunur. Bundesverin "Ehtiyatda olan hərbçilər Assosiasiyası"nın prezidenti Patrik Zensburq bu ölkədə fövqəladə hadisə baş verəcəyi təqdirdə neçə əsgərə ehtiyac olacağını araşdırıb.
Xarici media xəbər verir ki, Zensburqun tərtib etdiyi analitik materiala görə, Almaniyanın müdafiəsi üçün 800 min əsgərə ehtiyac var. Hazırda Bundesverdə cəmi 200 min həqiqi xidmət keçən hərbi qulluqçunun olduğunu qeyd edən Assosiasiya prezidenti qeyd edib ki, ehtiyat əsgərlərin çatışmazlığını kompensasiya etmək üçün 900 min vətəndaş tibbi yoxlamadan keçməlidir.
Bundesverin tərk-silah edilməsindən uzun illər sonra Almaniya yenidən müharibəyə hazır olmaq niyyətindədir. Bu ölkənin müdafiə naziri Boris Pistorius bu yaxınlarda "Yeni dövrün Bundesveri"nin yaradılması üzrə planlarını elan edib.
Bundesverin məlumatına görə, hazırkı məqamda orduda cəmi 34,6 min ehtiyatda olan əsgər xidmət edir. Bu, kəskin fövqəladə vəziyyətlər də nəzərə alınmazsa, cari ehtiyaclar üçün çox azdır. İndi Almaniya ordusunda 60 min ehtiyatda olan hərbçiyə tələbat var və onlar müntəzəm hərbi təlimlər keçməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0