DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRusiyalı kosmonavt Oleq Kononenko
Rusiyalı kosmonavt Oleq Kononenko  - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər.
BAKI, 26 aprel — Sputnik. Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar.
Bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi. Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.
Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.
Xəbər lenti
0