Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Dalğa-2024" birgə taktiki təlim başa çatıb - VİDEO

© AR Ministry of Defence"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb
Dalğa-2024 birgə taktiki təlimi başa çatıb - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb.
BAKI, 26 aprel — Sputnik. Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin, baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.
"Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər" - məlumatda vurğulanıb.
Xəbər lenti
0