DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və NATO Ukraynaya yeni yardımla özlərini gülüş hədəfinə çeviriblər

© Sputnik / Владимир ТрефиловABŞ və NATO bayraqları
ABŞ və NATO bayraqları - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Ukrayna onsuz da məğlub olacaq və Rusiya xüsusi əməliyyatın bütün məqsədlərinə nail olacaq. Bu halda, çox milyard dollarlıq dəstək "havaya uçacaq".
BAKI, 25 aprel — Sputnik. ABŞ Kiyev rejiminə daha bir yardım paketi ayırmağa qərar verib.
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bu xəbərə qiymət verib.
Onun fikrincə, Vaşinqton və NATO böyük səhvə yol veriblər. Ukrayna onsuz da məğlub olacaq və Rusiya xüsusi əməliyyatın bütün məqsədlərinə nail olacaq. Bu halda, çox milyard dollarlıq dəstək "havaya uçacaq".
Makqreqor yazıb: "Vaşinqton və NATO özlərini axmaq yerinə qoyublar".
Xatırladaq ki, Amerika lideri Co Bayden xarici müttəfiqlərə yardım haqqında qanun imzalayıb. Bu qanuna əsasən, Ukrayna 61 milyard dollar məbləğində yardım alacaq.
Xəbər lenti
0