DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Taliban" İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

© AP Photo / Ebrahim NorooziTaliban
Taliban - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz "Taliban" üzvlərinin siyahısını hazırlamağı tələb edib.
BAKI, 24 aprel — Sputnik. Əfqanıstanda hakimiyyətə gələn "Taliban"* hərəkatının lideri Heybətullah Axundzadə İŞİD və digər silahlı qruplaşmalarla mübarizə üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib.
"Afghanistan International" portalı xəbər verir ki, Heybətullah Axundzadə hərbi komissiyaya göndərdiyi məktubda hazırda işsiz qalan döyüşçülərin həmin bölməyə səfərbər edilməsini tapşırıb.
Xüsusi bölmə müasir avadanlıqlarla təchiz olunacaq və kəşfiyyat məlumatları əsasında əməliyyatlar həyata keçirəcək.
Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz "Taliban" üzvlərinin siyahısını hazırlamağı tələb edib. Onlar hərəkatın keçmiş döyüşçülərinin müxtəlif qruplaşmalara qoşulmasından narahatdırlar.
* Rusiyada fəaliyyəti qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0