Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

© Sputnik / Murad OrujovTikinti, arxiv
Tikinti, arxiv - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək.
BAKI, 24 aprel — Sputnik. Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. Bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0