Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO-nun Rusiya sərhədləri yaxınlığında manevrləri mümkün hərbi insident riskini artırır

© AFP 2023 / JONATHAN NACKSTRANDNATO təlimləri, arxiv
NATO təlimləri, arxiv - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır.
BAKI, 24 aprel — Sputnik. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO-nun manevrləri mümkün hərbi insidentlərin riskini artırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti"yə bildirib.
NATO təlimlərinin aprelin 26-da Finlandiyada, Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlaması planlaşdırılır.

"Alyans sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələrin nüfuzlu iştirakçısı olan bir vaxtlar neytral dövlətin praktiki hərbi mənimsənilməsini davam etdirir. Rusiyanın sərhədlərində qeyd olunan manevrlər mümkün hərbi hadisələrin riskini artırır" - Zaxarova bildirib.

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Onun sözlərinə görə, Rusiya öz növbəsində "kollektiv Qərbin təcavüzkar hərəkətlərini" diqqətlə izləyir.
"Şübhəsiz ki, ölkəmizin müdafiə qabiliyyətinə təhdidlərin qarşısını almaq üçün bütün zəruri siyasi və hərbi-texniki tədbirlər görüləcək" - Zaxarova sözünü yekunlaşdırıb.
Bundan əvvəl İsveçin Şimali Atlantika Alyansına daxil olmasının qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırdığı bildirilirdi. Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO hərbi qrupunun sayı 33 min nəfərə qədərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0