Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Cəbrayılda böyük layihələr icra edirik - Prezidentin xüsusi nümayəndəsi

© Photo : State Agency of Azerbaijan Automobile RoadsŞükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Vahid Hacıyev bildirib ki, hazırda bizim əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib. Bunlar Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək inşa olunacaq.
BAKI, 24 aprel — Sputnik. Tarixi torpaqlarının işğaldan azad edilməsindən sonra Azərbaycan bir sıra önəmli layihələrin xüsusilə "Böyük Qayıdış" proqramının icrasına başladı. Həmçinin Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Sərəncamına əsasən Qarabağın və Şərqi-Zəngəzur bölgəsinin dirçəlişinə təkan verildi. Zəngilanın Ağalı kəndi buna bariz nümunədir. Bu kəndin inşası "ağıllı kənd" konsepsiyası üzərində qurulub. Burada yaşayış üçün hər cür şərait yaradılıb. Artıq Ağalıda 871 nəfər və ya 175 ailə məskunlaşıb.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.
"Hazırda bizim əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib. Bunlar Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək inşa olunacaq. Həmçinin Cəbrayılda böyük layihələr icra edirik. Buraya BP şirkəti ilə birgə inşa edilən 240 MqVt günəş elektrik stansiyası da daxildir" - Vahid Hacıyev əlavə edib.
Onun sözlərinə görə, artıq Cəbrayıl rayonu ərazisində 100 min ağac əkilib, gələcəkdə daha 50 min ağacın əkiləcəyi planlaşdırılır. Həmçinin 109 kəhrizin inşa olunduğunu qeyd edən xüsusi nümayəndə bildirib: "Bu kəhrizlərin çoxu tamamilə məhv olunmuşdu, bəziləri ciddi zədələnmişdi. Hazırda onlar da bərpa olunur".
Xatırladaq ki, aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumu çərçivəsində konfrans işinə başlayıb.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşürlər.
Qeyd edək ki, həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.
ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycan yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0