Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Ermənistanda polis Bağanis-Voskepar yolunu bağlayıb

© Sputnik / Aram NersesyanErmənistan polisi
Ermənistan polisi - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır.
BAKI, 23 aprel — Sputnik. Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Əskipara - red.) yolunu bağlayıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır" - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Xəbər lenti
0