Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qırğız Mədəniyyəti Günlərində Sadır Japarovun iştirakı gözlənilir

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidQırğızıstanda kok-bor yarışı, arxiv
Qırğızıstanda kok-bor yarışı, arxiv - Sputnik Azərbaycan, 1920, 21.04.2024
Abunə olmaq
Tədbir çərçivəsində Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.
BAKI, 21 aprel - Sputnik. Aprelin 23-dən 26-dək Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.
Azərbaycan-Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşir.
Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyət əlaqələri dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir.
Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.
Nümayəndə heyətinə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov rəhbərlik edəcək.
Tədbir çərçivəsində Qırğızıstan zərgərlik məmulatları, milli sənətkarlıq, mətbəx, geyim, kino günlərinin sərgisinin açılışı olacaq.
“Manas” Milli Teatrının, Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının və Qırğızıstan Milli Filarmoniyasının, Çoro Kojomjarov adına Simfonik Orkestrinin, “Ak-Maral” rəqs ansamblının və “Muras” folklor-etnoqrafik ansamblının artistlərinin çıxışları gözlənilir.
Açılış Nizami Kino Mərkəzində baş tutacaq.
Qeyd edək ki, Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda dövlət səfərində olacaq. Bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra məlumat verib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Sadır Japarov
İlham Əliyev və Sadır Japarov - Sputnik Azərbaycan, 1920, 21.04.2024
İlham Əliyev və Sadır Japarov
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Bakıda yazıçı Çingiz Aytmatovun abidəsinin təntənəli açılış mərasimi keçiriləcək. Açılışın Qırğızıstan və Azərbaycanın mədəniyyətlərarası günləri çərçivəsində keçirilməsi planlaşdırılır.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0