CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 19 aprel – FOTO

© Sputnik / Elnur Salayev19 aprel
19 aprel - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 19 aprel — Sputnik. Aprelin 19-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 19-də kimlər dünyaya gəlib?
Mikayıl Useynov (1905-1992) - Azərbaycan SSR xalq memarıdır. Onun layihələri əsasında Moskva, Düşənbə, Bakı, Gəncə və SSRİ-nin başqa şəhərlərində yaşayış, inzibati binalar, mehmanxanalar tikilib. Memar Useynov Sadıx Dadaşovla birlikdə 200-ə yaxın layihə həyata keçiriblər.
© Photo : Public DOmenMikayıl Useynov
Mikayıl Useynov - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Mikayıl Useynov
Əfrasiyab Bədəlbəyli (1907-1976) - Azərbaycan SSR xalq artisti, bəstəkar və dirijordur. O, ilk Azərbaycan baletinin və müsəlman Şərqində ilk "Qız qalası" musiqi və librettosunun müəllifidir.
© Photo : Azerbaijan State Museum of Musical CultureƏfrasiyab Bədəlbəyli
Афрасияб Бадалбейли - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Əfrasiyab Bədəlbəyli
Ceyn Mensfild (1933-1967) həm Brodveydə, həm də Hollivudda uğur qazanmış amerikalı kino aktrisasıdır. "Playboy" jurnalının səhifələrində dəfələrlə görünən Mensfild, Merilin Monro ilə birlikdə 1950-ci illərin seks simvollarından biri olub.
© AP Photo / David F. SmithJayne Mansfield
Модель и актриса Сьюзи Паркер в Лос-Анджелесе, 3 мая 1957 года - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Jayne Mansfield
Ceyms Edvard Franko (1978) - amerikalı aktyor, kinorejissor və ssenaristdir. O, "Hörümçək-adam", "Ceyms Din" və s. filmlərdə rol alıb.
© AP Photo / Mark J. TerrillCeyms Edvard Franko solda
Ведущие 83-й церемонии вручения премии Оскар Джеймс Франко и Энн Хэтэуэй - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Ceyms Edvard Franko solda
Keyt Hadson (1979) - ABŞ aktrisası və rejissorudur. Aktrisa "Gəlin müharibələri", "Bütün qapıların açarı", "Kirayə bəy" və s. filmlərdə müxtəlif obrazları canlandırıb.
© AP Photo / Chris PizzelloKeyt Hadson sağda
Певица Жанель Монэ и актриса Кейт Хадсон на 95-й церемонии вручения наград премии Оскар в Голливуде  - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Keyt Hadson sağda
Oksana Akinşina (1987) - Rusiya kino aktrisasıdır. O, "Prinsipsiz", "Çernobıl", "Kamenskaya - 3" və digər filmlərdəki rolları ilə tanınıb.
Aprelin 19-də dünyada baş verən tarixi hadisələr
1919-cu ildə amerikalı paraşütçü Lesli Leroy İrvin aeroplandan ilk qeydə alınan "sərbəst düşmə" atlamasını həyata keçirərək paraşütdən istifadə edib.
1971-ci ildə Sovetin "Salyut-1" stansiyası "Proton-K" raket-daşıyıcı ilə orbitə buraxılıb. Bu, uzunmüddətli uçuş şəraitində avtomatik və insanın iştirakı ilə mürəkkəb elmi tədqiqatlar aparmağa imkan verən yeni kosmik gəmi növü olub.
2002-ci ildə Azərbaycan və San-Marino arasında diplomatik əlaqələr qurulub.
2006-cı ildə Bakıda "Azərbaycan: sivilizasiyalar arasında dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans keçirilib. Burada 30-dan çox xarici ölkədən görkəmli mədəniyyət və ədəbiyyat xadimləri iştirak edib.
2016-cı ildə Bakı Metropoliteninin yeni xəttinin "Avtovokzal" və "Memar Əcəmi" stansiyaları istifadəyə verilib. Prezident İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin qeyd edilən stansiyalarının açılışında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0