CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına şahidlər cəlb edilməyəcək

© iStock.com / Rafa Jodarqandal
qandal - Sputnik Azərbaycan, 1920, 19.04.2024
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinin mövcud 92-ci maddəsinə əsasən, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir.
BAKI, 19 aprel — Sputnik. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidlərinin cəlb edilməsi aradan qaldırılır.
Bu barədə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinin mövcud 92-ci maddəsinə əsasən, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir.
Dəyişikliklə isə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər lenti
0