Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Məktəblərdə neqativ hadisələri ört-basdır etməkdənsə..." Nazirdən açıqlama

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Emin Əmrullayev onu da qeyd edib ki, məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil.
BAKI, 18 aprel — Sputnik. Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb:

"Dörd mindən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır:
"Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".
O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur:
"Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".
Nazir onu da qeyd edib ki, məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil.
Onun sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir:

"Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət belədir. Yaxşı təhsil sistemini pisdən ayıran əsas nüans sondakı reaksiyanın nədən ibarət olmasıdır. Hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Hadisə baş veribsə əsas məsələ nəticədir".

Nazir bildirib ki, azyaşlı və yeniyetmələrlə iş görən komissiyaların işinə nəzarət gücləndirilməlidir:
"Bəzən emosional gərginliyin mənfi təsirə məruz qalan şagirdə hansı faydası var məsələsi kənarda qalır. Halbuki nəzərə almaq lazımdır ki, emosiya tez bitir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0