CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

© Depositphotos.com / Expsycholog.gmail.comXərçəng
Xərçəng  - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Abunə olmaq
Əhliman Əmiraslanov bildirib ki, müxtəlif konsevləşdirilmiş, hisə verilmiş ət və balıq məhsullarının, heyvan mənşəli piylərin hər birinin insanda bədxassəli şişlərin əmələ gəlməsində rolu elmi tədqiqatlarla sübut olunub.
BAKI, 18 aprel — Sputnik. Sağlam qida insan sağlamlığı üçün ən zəruri amildir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində sağlamlıq proqramları həyata keçirilir. Bu proqramların əsas şərtlərindən biri sağlam qidalanmaqdır. İnsan orqanizminə daxil olan infeksiyalar, kanserojen maddələrin böyük əksəriyyəti insan orqanizminə çirklənmiş qidalar vasitəsilə daxil olur. Hər il yalnız bakterial viruslu qidaların daxil olması nəticəsində planetimizdə 600 milyon insan xəstələnir. Onlar arasında ölüm göstəricisi kifayət qədər yüksəkdir.
Bu sözləri Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri yoluxucu xəstəliklərin böyük əksəriyyətinin zərərli qida maddələri ilə bağlı olduğunu vurğulayıb.

"İnsanlar arasında ölümə səbəb olan ürək-damar patologiyasının, onkoloji xəstəliklərin əmələ gəlməsinə dair ciddi tədqiqatların nəticəsi kimi qida ilə bağlı məsələlər birinci sırada dayanır. Onkoloji xəstəliklərin 25 faizinin əmələ gəlməsinin səbəbi qida amilidir. Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır. Müxtəlif konsevləşdirilmiş, hisə verilmiş ət və balıq məhsullarının, heyvan mənşəli piylərin hər birinin insanda bədxassəli şişlərin əmələ gəlməsində rolu elmi tədqiqatlarla sübut olunub, bunu heç kim inkar edə bilməz" - Ə.Əmiraslanov vurğulayıb.

© Sputnik / Murad OrujovMilli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov  - Sputnik Azərbaycan, 1920, 18.04.2024
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Qeyd edək ki, bundan öncə də komitə sədri demişdi ki, bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.
Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var:
"Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0