Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın hipersəs raketləri İsrailə çatıb: ABŞ "hegemonluğuna" zərbə

© AFP 2023 / ATTA KENAREİran
İran - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Amerikalılar hesab edirlər ki, İranın zərbəsinin əsl məqsədi İsrailə ziyan vurmaq deyil, İsrailin hava hücumundan müdafiə sistemlərinin hər ehtimal "əsl müharibə zamanı" fəaliyyətinin sınaqdan keçirmək olub.
İranın hipersəs raketləri bazar günü gecə İsrail ərazisinə çatıb. Raket TSAXAL-ın yüksək dərəcədə qorunan obyektlərini və ABŞ-ın Yaxın Şərqdəki mühafizə strategiyasını, İsrailin "Dəmir Qübbə" və "Davudun sapanı"nı, Pentaqon və NATO-nun regional hava hücumundan müdafiə vasitələrinin effektivliyi barədə olan mifoloji digər mühüm hədəfləri məhv edib.
Aprelin 14-də Tehran endirdiyi birgə zərbə ilə Vaşinqton və onun satellitlərinə çoxqütblü dünyada yerlərini göstərib. Yaxın və Uzaq Şərq və qlobal Cənub ölkələri tərəfindən "cəza" qavrayışını nəzərə almasaq, nüfuzun ciddi zədələnməsi hətta Qərbdə də qəbul edilib.

İsrailin aprelin 13-də İranın Dəməşqdəki konsulluğuna altı F-35 raketi ilə endirdiyi zərbə nəticəsində yüksək rütbəli İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) iki generalı da daxil olmaqla, yeddi iranlı hərbi məsləhətçi və altı Suriya vətəndaşı həlak olub. İran İsrailin hücumunu cəzasız qalmayacaq terror aktı (tamamilə obyektiv qiymətləndirmə) adlandırıb.

Əslində Tehran tarixi bir kart-blanş, "casus belli" (müharibə elan etmək üçün formal səbəb) alıb və beynəlxalq hüquq çərçivəsində (BMT Nizamnaməsinin 51-ci maddəsi) 14 aprel gecəsi öz imkanlarını yüksək texnologiya ilə və layiqli şəkildə reallaşdırıb. Eyni zamanda o, İsrail ordusunun və Pentaqonun hava hücumundan müdafiə gücünü də yoxlayıb. Bütün ərəb qonşularından yalnız İordaniya İrana qarşı çıxaraq öz hava məkanında İsrail və ABŞ hərbi hava qüvvələri üçün icazə verib.
İran İİKK (elit qoşunlar) qisas almaq üçün uçuş məsafəsi 2000 km-ə qədər olan "yüzlərlə" "Şahed-136" kamikadze-dronundan (50 kq döyüş başlığı ilə), "İmad" ballistik raketlərindən və uçuş məsafəsi 1700-ə qədər olan "Paveh" qanadlı raketlərindən istifadə edib. İran tərəfindən 2023-cü ilin iyununda rəsmən təqdim edilmiş uçuş məsafəsi 1400 km-ə qədər olan 7 "Fəttah" tipli hipersəs raketi İsrailin Nevatim aviabazasına uçub. İrandan İsrailə düz xətt üzrə məsafə təxminən 1000 km-dir, pilotsuz təyyarələr (PUA, dron) və raketlər beş saat ərzində dalğalar şəklində buraxılıb.

İsrail ordusunun (TSAXAL) məlumatına görə, İran hərbçiləri 30-dan çox qanadlı raket, 120-dən çox ballistik raket və 170-ə yaxın hücum dronundan istifadə ediblər. İddiaya görə, İsrail Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiəsi "tərəfdaşlarla əməkdaşlıq edərək" İsrail ərazisindən kənarda bütün hava hədəflərinin 99 faizini ələ keçirib.

Pentaqon rəhbəri Lloyd Ostin deyib: "ABŞ-ın Yaxın Şərqdəki qüvvələri aprelin 13-də İran, İraq, Suriya və Yəməndən İsrailə atılan onlarla raket və PUA-nı ələ keçirib". Ələ keçirmək üçün istifadə olunan zenit raketlərinin qiyməti 1,3 milyard dollardan çoxdur. Lakin İran raketləri tərəfindən TSAXAL obyektlərinin məhv edilməsinə dair çoxsaylı olan videolar "kollektiv hava hücumundan müdafiənin" 99 faiz etibarlılığı versiyasını təsdiq etmir. İran ABŞ və NATO silahları üzərində texnoloji üstünlüyünü nümayiş etdirib.
© AP Photo / Vahid Salemiİranda Milli Ordu Günü münasibətilə keçirilən parad, arxiv şəkli
İranda Milli Ordu Günü münasibətilə keçirilən parad, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.04.2024
İranda Milli Ordu Günü münasibətilə keçirilən parad, arxiv şəkli
"Fəttah" - qələbə deməkdir
İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi aprelin 15-də bildirib ki, "Doğru vəd" əməliyyatı İİKK-nin imkanlarının yalnız bir hissəsini üzə çıxarıb və ölkə istənilən təcavüz aktına "çevik və vahid" cavab verməkdən çəkinməyəcək. Məsələ "tükənib", yəni Pentaqonun qüvvələri və ABŞ-ın proksi-qoşunları (TSAXAL), regional xidmətçilər (İordaniya) və fransız müttəfiqlər lazımi cavabı alıblar və heç nə edə bilmirər.
İsrail yalnız ABŞ-ın köməyi ilə İranın genişmiqyaslı hücumunu qismən dəf edə bilib. Əgər amerikalılar həddindən artıq fəallıq nümayiş etsələr, Tehran Pentaqonun regional aviabazalarına növbəti zərbənin olacağını vəd edib.
2023-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən "Fəttah" ballistik raketinin istifadə edilməsi İranı əvvəllər yalnız Rusiya, Çin və Şimali Koreyanın daxil olduğu hipersəs klubunun dördüncü üzvü edib. "Müstəsna" texnoloji geriləmə hipersəs raketlərinin hələ yaradılmadığı ABŞ və NATO strateqlərini qıcıqlandırır. Regionda yeni qüvvələr balansına və çoxqütblü dünyanın sərt reallıqlarına uyğunlaşmaq lazımdır.

Tehranın müdafiə potensialı təcavüzkarların cəzasız qalacağını heç vaxt vəd etməyib. İran sərhədləri yaxınlığında yerləşdirilmiş "Patriot" zenit raket kompleksinə (ZRK) əsaslanan ABŞ-ın hava hücumundan müdafiə və raketdən müdafiə mövqeləri 5 Max-a qədər sürətlə hədəfləri ələ keçirtmək üçün nəzərdə tutulub. Uçuşda 15 Max-a qədər sürətlə (17 min km/saatdan çox) manevr edə bilən "Fəttah" raketləri yalnız altı dəqiqə ərzində İİKK-yə İsrail, Türkiyə, Əfqanıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbisranın bütün ərazisindəki raket əleyhinə sistemləri və digər mühüm hərbi obyektləri etibarlı şəkildə vurmağa imkan verir.

İranın misli görünməmiş birləşmiş zərbəsi çoxgünlük, yüksək intensivlikli münaqişədə İsrail ordusu və onun Pentaqon və NATO tərəfdaşların məğlub olacağını açıq şəkildə göstərib. TSAXAL-in imkanları məhduddur, ABŞ obyektiv (texnoloji cəhətdən) cəhətdən İranla böyük müharibəyə hazır deyil. Son iki ildə Ukraynanın hərbi əməliyyatlar teatrında Pentaqonun (NATO) həddən artıq çoxlu vəsaiti xərclənib. "Brent" markalı neftin barel üzrə qiyməti 90 dollara qalxıb və 150 dollara qədər qalxma ehtimalı var. İranın nüvə imkanlarını da nəzərə almaq lazımdır. Buna görə də, ABŞ Prezidenti Co Bayden dərhal İsrail lideri Benyamin Netanyahuya ABŞ-ın "cavabı dəstəkləməyəcəyini" bildirib. Vaşinqton İsraili zərbələrin mübadiləsini qələbə adlandırmağa və gərginliyi azaltmağa dəvət edib.
Bu fonda "The Washington Post" qeyd edib: "Bayden komandasının strateji səriştəsi yoxdur. Onlar artıq nəzarəti itiriblər". Qeyd edək ki, söhbət ABŞ-ın həm Yaxın Şərqdə, həm də Şərqi Avropada (Ukraynada) "maneə strategiyasının" iflasından gedir. Bu tamamilə xəyal qırıqlığıdır.
ABŞ-ın "Military Watch" jurnalı da "Dəmir Qübbə"nin və "Davudun sapanı"nın, Pentaqonun hava hücumundan müdafiə sistemlərinin 99% effektivliyi versiyasını bölüşmür və dərhal oxucuları məlumatlandırır: "Knesset üzərində İranın qanadlı raketləri: İsrail hərbi bazaları böyük dronlar və raket zərbələri ilə məhv edilib".
Təəccüblü heç nə yoxdur. ABŞ ərəb dünyası ilə uzunmüddətli qarşıdurmaya məhkumdur. Qlobal geosiyasət baxımından TSAXAL əvvəlcə Misir, Suriya, Səudiyyə Ərəbistanı, Livan, İraq, Yəmən və digər dövlətlərin iradəsinə və milli maraqlarına zidd olaraq ABŞ-ın Yaxın Şərqdəki maraqlarını qorumaq üçün yaradılan Vaşinqtonun yaxşı silahlanmış proksi-quruluşudur.

Amerikalılar hesab edirlər ki, İranın zərbəsinin əsl məqsədi İsrailə ziyan vurmaq deyil, İsrailin hava hücumundan müdafiə sistemlərinin hər ehtimal "əsl müharibə zamanı" fəaliyyətinin sınaqdan keçirmək olub. BMT Təhlükəsizlik Şurasının əksər üzvləri İranın cavab zərbəsini ikiüzlü şəkildə pisləyir və "təmkinli olmağa" çağırırlar.

Moskva Yaxın Şərqdə ciddi eskalasiyanı ABŞ-ın ehtiyatsız xarici siyasətinin və İsrailin Fələstinə qarşı qeyri-adekvat mövqeyinin proqnozlaşdırıla bilən nəticəsi kimi qiymətləndirir. Digər tərəfdən, İranın müdafiə gücünün Asiyadakı hərbi-siyasi vəziyyətə təsiri qeyd-şərtsiz və faydalıdır. Sadəcə 2023-cü ilin yazında əbədi rəqiblər olan Tehran və Ər-Riyad arasında münasibətlərin inanılmaz normallaşması hər şeyə dəyər.
Xəbər lenti
0