CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanı ən çox avtomobillər çirkləndirir - Zərərli maddələrin həcmi artıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidAvtomobil tıxacı, arxiv
Avtomobil tıxacı, arxiv - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Dövlət Statistika Komitəsinə görə, keçən il avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb.
BAKI, 13 aprel — Sputnik. 2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, 965,1 min tonun 85 faizi və ya 820,8­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
"Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib" - məlumatda bildirilib.
"Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir"
Xatırladaq ki, bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova deyib ki, müasir dünyada atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir.
O qeyd edib ki, ölkəmizdə köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir: "Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir. Son zamanlar qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi və bu qəbildən digər məsələlər yer alır. Utilizasiya proqramının təsdiq olunması nəticəsində nəqliyyatlardan atılan zərərli maddələrin miqdarı azalacaq ki, bu da insanların sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Yeni utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə həm də tullantıların idarə olunmasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən öz töhfəsini verəcək".
Şöbə müdiri vurğulayıb ki, son illərdə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrindən istifadə xeyli artıb: "Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir. Nəqliyyat vasitələrinin sayının artması və onların qeyri-məqbul texniki vəziyyəti ətraf mühitə təsirləri daha da artırır".
Faiq Mütəllimov: "Utilizasiya qısa müddətdə havanın keyfiyyətini yaxşılaşdıra bilər"
© Photo : courtesy of Faig MutellimovEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə bildirib ki, utulizasiya proqramı qısa müddət ərzində həm havanın keyfiyyətinin yaxşılaşdırılmasına, həm də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına kömək edəcək.
O bildirib ki, Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür: "Ötən il ölkəyə 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub. Bu, ümumi idxal olunan nəqliyyat vasitələrinin 3,5%-ni təşkil etsə də, iki il ərzində bu qədər kəskin artımı görürük. Bu, o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir".
F.Mütəllimov hazırda ölkənin nəqliyyat parkında 80%-dən çox nəqliyyat vasitəsinin yaşı 10 ildən çox olduğunu diqqətə çatdırıb: "Onlardan 5%-i isə 20 ildən yuxarı istehsal-buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda havaya ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək. Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir".
"Sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər", - o qeyd edib.
Qızılgül Həsənova: "Ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyasının könüllü olduğunu qeyd edib: "Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər. Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".
Ekologiya rəsmisinin sözlərinə görə, bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək uğurlu nəticələr əldə olunub.
© AFP 2023 / SPENCER PLATTElektrik avtomobili
Электрокар на зарядке, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Elektrik avtomobili
Elektrik və hibrid avtomobillər üçün güzəştlər...
Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti 2023-cü ilin mart ayında qərara alıb ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılsın.
Əlavə edək ki, atmosfer havasının mühafizəsi, o cümlədən avtomobil parkının yenilənməsi və ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların artırılması və mühafizəsi 2023-2025-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər arasındadır.
Xəbər lenti
0