DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Üç ölkə Aİ-ni Rusiyanın aktivlərini müsadirə etməməyə çağırıb

© AP Photo / Virginia MayoAİ bayraqları
Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 11.04.2024
Abunə olmaq
İndiyədək Rusiyanın Aİ-dəki aktivlərinin gələcəyi ilə bağlı heç bir qərar verilməyib və onların tam müsadirə edilməsi ehtimalı "arxa plana" salınıb.
BAKI, 5 aprel — Sputnik. Çin, Səudiyyə Ərəbistanı və İndoneziya nümayəndələri Avropa İttifaqını Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasını dəstəkləməməyə çağırır.
Bu barədə "Politico" qəzeti rəsmilərə istinadən yazıb.
Ölkələr Aİ-ni Rusiyanın 200 milyard avrodan çox dövlət əmlakının müsadirə edilməsi üçün ABŞ və Britaniyanın təzyiqinə müqavimət göstərməyə çağırırlar. Qəzetin həmsöhbətlərindən biri qeyd edib ki, Çin, Səudiyyə Ərəbistanı və İndoneziya bu müsadirənin gələcəkdə digər ölkələrin aktivlərinin ələ keçirilməsi üçün presedent yaradacağından ehtiyat edirlər.
"Politico" yazıb ki, həmçinin, üç dövlət Ukraynadakı münaqişənin uzanacağından və "istəklərinin əksinə bu və ya digər tərəfi tutmalı" olacağından qorxa bilər.
Jurnalistlər əlavə ediblər ki, indiyədək Rusiyanın Aİ-dəki aktivlərinin gələcəyi ilə bağlı heç bir qərar verilməyib və onların tam müsadirə edilməsi ehtimalı "arxa plana" salınıb.
Daha əvvəl "Politico" yazmışdı ki, Avropa İttifaqı xüsusi əməliyyatın 2 ili ərzində dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi 5 milyard avro gəliri Ukraynaya ötürməmək qərarına gəlib.
Kreml söz verib ki, əgər Aİ Kiyevi Rusiya aktivlərindən gələn gəlirlə maliyyələşdirmək qərarına gələrsə, Moskva həmin addıma bu və ya digər şəkildə cavab verəcək.
Xəbər lenti
0