CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 aprel – FOTO

© Sputnik / Elnur Salayev5 aprel
5 aprel - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 5 aprel — Sputnik. Aprelin 5-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 5-də kimlər dünyaya gəlib?
Asəf Zeynallı (1909-1932) - Azərbaycanın bəstəkarı və pedaqoqudur. O, Azərbaycan Dövlət Konservatoriyasında peşəkar təhsil alan ilk azərbaycanlı bəstəkardır. Asəf Zeynallı "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. Bəstəkar bir çox məşhur xalq mahnılarını nota alıb.
© Photo : PUBLIC DOMAINBəstəkar Asəf Zeynallı
Bəstəkar Asəf Zeynallı - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Bəstəkar Asəf Zeynallı
Oqtay Rəcəbov (1941-2022) - Azərbaycanın bəstəkarı, pedaqoji elmlər doktoru və professordur. O, uşaqlar üçün musiqi üzrə çoxsaylı dərsliklərin müəllifidir.
Spenser Treysi (1900-1967) - ABŞ aktyoru və iki dəfə "Oskar" mükafatı laureatıdır. Amerika Film İnstitutu aktyoru "100 ən böyük kino ulduzları" siyahısında 9-cu yerə layiq görüb.
© Photo : Public DomenSpenser Treysi
Spenser Treysi  - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Spenser Treysi
Bett Deyvis (1908-1989) - amerikalı aktrisadır. 1999-cu ildə Amerika Film İnstitutu onu Hollivud tarixinin ən böyük aktrisaları siyahısında ikinci yer ilə qiymətləndirib. O, "İnsan ehtiraslarının yükü", "Körpə Ceynə nə oldu?", "İldönümü" və s. filmlərdə rol alıb.
© Photo : Public DomenBett Deyvis
Bett Deyvis  - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Bett Deyvis
Qreqori Pek (1916-2003) - amerikalı teatr və kino aktyoru, "Oskar" laureatıdır. 1999-cu ildə Amerika Film İnstitutu aktyoru tarixin "100 ən böyük kino aktyoru" siyahısında 12 yerə layiq görüb. Qreqori "Roma tətili", "Bülbülü öldürmək", "Mübadilə" və s. filmlərdə rol alıb.
© AP Photo / MicolQreqori Pek sağda
Американский актер Грегори Пек (справа) с пианистом Артуром Рубинштейном. 1970 год - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Qreqori Pek sağda
Natalya Kustinskaya (1938-2012) - Sovet teatr və kino aktrisası, Rusiya Federasiyasının əməkdar artistidir. O, "Üç üstəgəl iki", "İvan Vasilyeviç peşəsini dəyişir", "Qəza" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Aprelin 5-də dünyada baş verən tarixi hadisələr
1722-ci ildə hollandiyalı Yakob Roggevena ekspedisiyası Pasxa adası adlı adanı kəşf edib.
1913-cü ildə danimarkalı fizik Nils Bor kvant nəzəriyyəsinin əsasını qoyan "Atom və molekulların quruluşu haqqında" məqaləsini tamamlayıb.
1977-ci ildə SSRİ-də Voljski avtomobil zavodunda (Tolyatti şəhəri) 062 SKP korpusunda olan VAZ-2121 "Niva" 4x4 ilk seriyalı avtomobil konveyerdən çıxıb. Bu avtomobil modelini dünyanın ilk kiçik sinif yolsuzluq avtomobili adlandırmaq olar. Avtomobilin yaradılması 1970-ci ildə başlayıb.
© Sputnik / Kirill Braga / Mediabanka keçidNiva
Нива, фото их архива - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Niva
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0