CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb

© Baku Transport AgencyTaksi
Taksi - Sputnik Azərbaycan, 1920, 05.04.2024
Abunə olmaq
Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
BAKI, 5 aprel — Sputnik. Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
"Dövlət rüsumu haqqında" Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edək ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu günlərdə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Xəbər lenti
0