CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 aprel – FOTO

© Sputnik / Elnur Salayev4 aprel
4 aprel - Sputnik Azərbaycan, 1920, 04.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 4-də kimlər dünyaya gəlib?
Əli Zeynalov (1913-1988) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Bəxtiyar", "Səhər", "Telefonçu qız" və s. filmlərdə rol alıb.
© Photo : Azerbaijan State Theatre MuseumƏli Zeynalov
Əli Zeynalov - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Əli Zeynalov
Muxtar Maniyev (1935-2016) - Azərbaycanın xalq artisti və kino aktyorudur. O, "Bizim Cəbiş müəllim", "Nəsimi", "İnsan məskən salır" kimi bir çox filmlərdə 150-yə yaxın obrazları canlandırıb.
© Photo : AZƏRTACMuxtar Maniyev
Muxtar Maniyev - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Muxtar Maniyev
Elina Bıstritskaya (1928-2019) - Rusiya teatr və kino aktrisası, müğənni və SSRİ xalq artistidir. Aktrisa "Sülh günlərində", "Yarı qalan povest", "Sakit Don", "Könüllülər" və s. filmlərdə rol alıb.
© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidElina Bıstritskaya
Народная артистка России Элина Быстрицкая - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Elina Bıstritskaya
Andrey Tarkovski (1932-1986) - Sovet kinorejissoru və ssenaristi, RSFSR xalq artistidir. O, XX əsrin ən böyük kinorejissorlarından biridir. 1980-ci ildən Qərbi Avropada işləyib. Artist "Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker" kimi filmlərin müəllifidir.
© Sputnik / Solovev / Mediabanka keçidAndrey Tarkovski
Кинорежиссер Андрей Тарковский. - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Andrey Tarkovski
Kiçik Robert Dauni (1965) amerikalı aktyor və musiqiçidir. Aktyor "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Saturn" mükafatlarının qalibidir. O, "Dəmir adam-2", "Qisasçılar", "Dəmir adam-3", "Qisasçılar: Altron erası" və s. filmlərdə rol alıb.
© AP Photo / Joel RyanKiçik Robert Dauni
Kiçik Robert Dauni - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Kiçik Robert Dauni
Hit Ledcer (1979-2008) - avstraliyalı aktyor, fotoqraf və klipmeykerdir. O, "Sənə nifrət etdiyim 10 şey", "Vətənpərvər", "Cəngavərin nağılı", "Canavar topu" və s. filmlərdə oynayıb.
© AP Photo / Dima GavryshHit Ledcer
Hit Ledcer  - Sputnik Azərbaycan, 1920, 03.04.2024
Hit Ledcer
Aprelin 4-də dünyada baş verən tarixi hadisələr
1919-cu ildə İtaliyada Roma - Neapol sərnişin hava yolları fəaliyyətə başlayıb. Daşınma dirijabllarla həyata keçirilib.
1949-cu ildə NATO - Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization) yaradılıb. Bu təşkilatın təsisçiləri Vaşinqton Müqaviləsini imzalayan 12 Avropa və Şimali Amerika ölkəsi olub.
1968-ci ildə ABŞ-ın məşhur insan haqları müdafiəçisi Martin Lüter Kinq 39 yaşında sui-qəsd nəticəsində öldürülüb. O, 1964-cü ildə irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh Mükafatına layiq görülüb və tarixin 100 ən məşhur şəxsiyyəti siyahısına daxil edilib.
1992-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.
4 aprel Beynəlxalq İnternet Günüdür. Bu tarix 20 cilddən ibarət ilk "Etymologiae" ensiklopediyasını yaradan, şagird və tələbələrin himayədarı olan Müqəddəs İsidor Sevilskinin vəfatı günü ilə əlaqədardır. Həmçinin, 4.04 tarixi HTTP 404-ə çox bənzəyir. 1998-ci ildə Katolik Kilsəsi Ümumdünya Şəbəkəsini insan biliklərinin xəzinəsi kimi tanıyıb.
Məhz bu gün Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günü 2005-ci ildən bütün dünyada qeyd edilir. Məqsəd təhlükə haqqında qlobal məlumatı artırmaq və hökumətləri minalardan təmizləmə proqramları hazırlamağa təşviq etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0