https://sputnik.az/20240401/azerbaycanda-muddetli-heqiqi-herbi-xidmete-cagiris-baslayib-463623136.html
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
Sputnik Azərbaycan
Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi... 01.04.2024, Sputnik Azərbaycan
2024-04-01T10:44+0400
2024-04-01T10:44+0400
2024-04-01T11:02+0400
hərbi
prezident ilham əliyev
həqiqi hərbi xidmət
müddətli həqiqi hərbi xidmət
həqiqi hərbi xidmətə çağırış
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444695302_0:71:1368:841_1920x0_80_0_0_2fab639e91f8da3d745136d2fd451788.jpg
BAKI, 1 aprel - Sputnik. Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/04/444695302_76:0:1292:912_1920x0_80_0_0_7e5519a053645f9be15c717b1036ce5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
prezident ilham əliyev, həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmət, həqiqi hərbi xidmətə çağırış, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
prezident ilham əliyev, həqiqi hərbi xidmət, müddətli həqiqi hərbi xidmət, həqiqi hərbi xidmətə çağırış, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
10:44 01.04.2024 (Yenilənib: 11:02 01.04.2024) Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
BAKI, 1 aprel - Sputnik. Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:
1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.