DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Fransisk Azərbaycanla Ermənistan arasındakı sülh barədə bunları dedi

© AP Photo / Andrew MedichiniPapa Fransisk
Papa Fransisk  - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Abunə olmaq
Pontifik bildirib ki, tərəflər müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmətlə yanaşa və ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail ola bilərlər.
BAKI, 31 mart - Sputnik. Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Pasxa bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən danışıb.
Katoliklərin ruhani lideri müharibədən sonra aparılan danışıqların əhəmiyyətini vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbərinin fikrincə, tərəflər beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə, köçkünlərə kömək edə, müxtəlif dini konfessiyaların ibadət yerlərinə hörmətlə yanaşa və ən qısa zamanda qəti sülh sazişinin imzalanmasına nail ola bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0