Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Rosatom" bərpa olunan enerji mənbələrinin yaradılmasında lider olmağa necə çalışır

© Sputnik / Екатерина Лызлова"Atomekspo" beynalxalq sərgidə
Atomekspo beynalxalq sərgidə - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Azərbaycanın külək enerjisi sahəsində zəngin potensialını, eləcə də "Rosatom"un beynəlxalq layihələrdə iştirakla bağlı ambisiyalarını nəzərə alsaq, Rusiya dövlət korporasiyasının Azərbaycanın "yaşıl" təşəbbüslərinə maraq göstərəcəyini istisna etmək olmaz.
BAKI, 29 mart — Sputnik. Həm Rusiya Federasiyasında, həm də onun hüdudlarından kənarda atom elektrik stansiyalarının tikintisi və idarə olunması üçün bir çox layihələr həyata keçirən Rusiyanın dövlət korporasiyası "Rosatom" qlobal enerji sektorunda yeni səviyyəyə yüksəlir.
Şirkət öz fəaliyyətini təkcə nüvə layihələri ilə məhdudlaşdırmayıb və bu yaxınlarda, həmçinin qalıq yanacaqlardan, xüsusən də külək enerjisindən asılı olmayan bərpa olunan enerji imkanlarının yaradılmasını tədqiq etməyə başlayıb.
Belə ki, 2020-ci ilin sonunda "Rosatom" Rusiya Federasiyasında ümumi gücü, təxminən 1000 MVt olan on külək stansiyasını istifadəyə verib.
Eyni zamanda, mütəxəssislər istehsalın lokallaşdırılmasını "Rosatom" tərəfindən bərpa olunan enerji obyektlərinin quraşdırılmasının əsas üstünlükləri adlandırırlar: külək turbinlərinin bütün zəruri hissələri dövlət korporasiyasının Volqodonsk şəhərindəki zavodunda istehsal olunur. Rusiya Federasiyasında yığılan müasir külək generatorları hətta ən zəif küləklərin enerjisindən istifadə etməyə imkan verir.
Beləliklə, külək təsərrüfatı layihələrinin həyata keçirilməsi prosesi xarici təchizatçılardan asılı deyil və bərpa olunan enerji avadanlıqları üçün qlobal bazarda qiymət dəyişkənliyi ilə qarşılaşma riski daşımır.
© Sputnik / Евгений Биятов / Mediabanka keçidRosatom
Логотип государственной корпорации по атомной энергии Росатом - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Rosatom
Sərhədlərdən kənara çıxmaq
Rusiyada yeni külək enerjisi imkanlarının uğurla həyata keçirilməsindən sonra "Rosatom" tərəfdaş ölkələrdə bərpa olunan enerji layihələrini həyata keçirməyə başladı. Belə ki, martın 26-da məlum olub ki, "Rosatom"un "NovaWind" bölməsi Qırğızıstanın Energetika Nazirliyi ilə gücü 1 QVt-a qədər olan bərpa olunan enerji obyektlərinin tikintisi layihəsinin hazırlanması və həyata keçirilməsinə dair saziş imzalayıb.
Xüsusilə, ilk mərhələdə İssık-Kul vilayətində 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi üzrə pilot layihənin həyata keçiriləcəyi gözlənilir. İkinci mərhələdə ümumi gücü 900 MVt-a qədər olan bərpa olunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Qırğızıstanla yanaşı, "Rosatom" külək enerjisi potensialının tikintisi üçün digər ölkələri də nəzərdən keçirir. Dövlət korporasiyasının baş direktorunun birinci müavini Kirill Komarov bir müddət əvvəl bildirmişdi ki, şirkət xaricdə 3 GVt külək enerjisi gücü qurmağı planlaşdırır.
Belə ki, ötən ilin noyabrında məlum olub ki, "NovaWind" şirkəti Qazaxıstanda ümumi layihə gücü 300 MVt olan külək enerjisi layihələrinin seçimində iştirak etməkdə maraqlıdır.
Eyni zamanda, əvvəllər atom elektrik stansiyalarının tikintisində "Rosatom" ilə əməkdaşlıq etmiş ölkələr hazırda külək enerjisi sahəsində tərəfdaşlığa maraq göstərirlər. Xüsusilə Türkiyənin energetika naziri Alparslan Bayraktar 2023-cü ilin oktyabrında Moskvada keçirilən Rusiya Enerji Həftəsi forumunda "Rosatom" və Ankaranın bərpa olunan enerji mənbələrinə sərmayə yatırma sahəsində birgə işlədiyini bildirib.
"Rosatom"un Cənub-Şərqi Asiya kimi daha uzaq ölkələrdə də külək stansiyalarının tikintisinə başlayacağı gözlənilir. Keçən il "NovaWind" və Myanma bu ölkənin mərkəzi bölgəsində - Maqveydə ümumi gücü 172 MVt olan külək elektrik stansiyalarının tikintisi üzrə layihəqabağı işlərə başlamaq üçün memorandum imzalayıblar.
© Sputnik / Ilya Naymushin / Mediabanka keçidElektrik şəbəkə
Высоковольтная ЛЭП в Хакасии - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Elektrik şəbəkə
Bundan əlavə, "NovaWind" və Vyetnam arasında ümumi gücü ən azı 500 MVt olan külək stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparılır. Monqolustan hökuməti ilə də analoji danışıqlar aparılır.
Bu gün "Rosatom "dünyada yeni külək elektrik stansiyalarının (KES) tikintisi sahəsində öz imkanlarını inkişaf etdirir, həmçinin layihələrinə kapital cəlb etmək üçün Rusiyanın böyük bankı ilə maliyyə əməkdaşlığı qurur. Belə ki, "NovaWind" və "Qazprombank" bu həftə külək elektrik stansiyalarının tikintisi layihələrinin maliyyələşdirilməsinin təşkili üzrə əməkdaşlıq haqqında saziş imzalayıb.
Sənəd 2025-ci ildən 2027-ci ilə qədər külək elektrik stansiyalarının tikintisi üçün gələcək kreditlərin verilməsi məqsədilə tərəflər arasında tərəfdaşlığın əsas şərtlərini müəyyən edir.
Gələcəyin enerjisi
Külək enerjisi günəş enerjisi ilə birlikdə bu gün ən inkişaf edən "yaşıl enerji" növüdür. Belə ki, Brinckmann konsaltinq şirkətinin araşdırmasına görə, 2023-2033-cü illər arasında dünya üzrə, təxminən 1,9 teravatt (TVt) külək enerjisi gücü əlavə olunacaq.
Beynəlxalq Enerji Agentliyinin araşdırmaları göstərir ki, dünyada enerji istehsalı baxımından külək elektrik stansiyaları 2025-ci ildə AES-ləri, 2026-cı ildə isə günəş elektrik stansiyalarını ötüb keçəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan külək enerjisi potensialını da fəal şəkildə inkişaf etdirir. 2022-ci ildə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikintisinə başlanılıb.
© AFP 2023 / DAMIEN MEYERKülək enerji stansiyası
Ветряные электростанции на море, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Külək enerji stansiyası
Bundan əlavə, Azərbaycan dünyanın ən zəngin dəniz külək enerjisi potensialına malik ilk dörd ölkəsindən biridir. Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hesabatına görə, dəniz külək enerjisinin genişləndirilə bilən, rəqabətədavamlı və səmərəli bərpa olunan enerji həllini təmin edə biləcəyinə dair milli anlayış getdikcə artır.
"Global Wind Report"un hesabatı Azərbaycanın dənizdə külək enerjisi istehsal potensialını 157 GVt səviyyəsində qiymətləndirir. Eyni zamanda, Azərbaycanda layihələrin inkişafı ilə bağlı problemlər sadalanır - bunlar normativ-hüquqi bazadakı çatışmazlıqlar, zəruri infrastrukturun və satınalmalara dəstək mexanizmlərinin olmamasıdır.
Dünyada külək enerjisinin artan populyarlığını, Azərbaycanın bu sahədə zəngin potensialını, eləcə də "Rosatom"un beynəlxalq külək enerjisi layihələrində iştirak etmək ambisiyalarını nəzərə alsaq, Rusiya dövlət korporasiyasının Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsindəki təşəbbüslərinə maraq göstərəcəyini istisna etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0