CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 mart – FOTO

© Sputnik / Elnur Salayev28 mart
28 mart  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - bu barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 28 mart - Sputnik. Martın 28-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 28-də kimlər dünyaya gəlib?
Maksim Qorki (1868-1936) – Rusiya və sovet yazıçısı, jurnalisti və ictimai xadimidir. Onun əsl adı Aleksey Peşkovdur. O, SSRİ-də ən çox nəşr olunan müəllif olub: 1918-1986-cı illərdə onun əsərlərinin 3556 nəşrinin ümumi tirajı 242,621 milyon nüsxə təşkil edib. Qorkinin tam əsərləri 60 cilddən ibarətdir.
© Sputnik / Макс АльпертMaksim Qorki
Алексей Максимович Горький - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Maksim Qorki
İnnokenti Smoktunovski (1925-1994) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. Onun səhnədə yaratdığı obrazlar Rusiya teatr sənətinin qızıl fonduna daxil edilib. Smoktunovskinin ən yaxşı rolları “Əsgərlər”, “Bir ilin doqquz günü”, “Hamlet”, “Çaykovski”, “Xanımların dərzisi” filmlərində və Eldar Ryazanovun “Avtomobildən qorun” lirik komediyasında yer alıb.
© Sputnik / Б.Манушинİnnokenti Smoktunovski
Иннокентий Смоктуновский
Российский актёр
 - Sputnik Azərbaycan, 1920, 28.03.2024
İnnokenti Smoktunovski
Vins Von (1970) amerikalı aktyor, prodüser və ssenaristdir. O, "Yura dövrü parkı 2: İtirilmiş dünya", "Əsl detektiv" və s. filmlərdə oynayıb.
Culiya Stayls (1981) – ABŞ-ın teatr və kino aktrisası, kinorejissorudur. O, “Yalnız sən və mən”, “Kadr arxası həyat”, “Mənim son rəqsim”, “Bornun müəyyən edilməsi”, “Karolina” və digər filmlərdə rol alıb.
© AFP 2023 / VALERY HACHECuliya Stayls
Culiya Stayls  - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Culiya Stayls
Ledi Qaqa (1986) amerikalı müğənni, dizayner və aktrisadır. O, altı “Grammy” mükafatı, 13 “MTV Video Music Awards” və 8 “MTV Europe Music Awards” mükafatları da daxil olmaqla çoxsaylı adlara layiq görülüb. Aktrisa “VH1” üzrə musiqidə 100 ən böyük qadın siyahısında dördüncü yerdədir.
© AP Photo / Saul LoebLedi Qaqa, arxiv şəkli
Ledi Qaqa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Ledi Qaqa, arxiv şəkli
Martın 28-də dünyada baş verən tarixi hadisələr
1797-ci ildə ilk paltaryuyan maşın patentləşdirilib. Bu qurğu taxta yeşik və hərəkət edən çərçivədən ibarət olub.
CC0 / jarmoluk / Washing Machinepaltaryuyan
Настройка режима стиральной машины, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2024
paltaryuyan
1976-cı ildə polşalı səyyah Kristina Xoynovskaya-Liskeviç Las-Palmasdan (Kanar adaları, İspaniya) başlayaraq dünya üzrə səyahətini “Mazurek” yelkənli yaxtasında etmiş birinci və yeganə qadın olub.
1964-cü ildə Londonun “Madam Tüsso” məşhur mum heykəllər muzeyi “The Beatles” qrupunun üzvlərinin onun ekspozisiyasında görünən ilk rok musiqiçiləri olacağını elan edib.
© youtube.comArnold Şvartsenegger madam Tüsso muzeyində
Arnold Şvartsenegger madam Tüsso muzeyində - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Arnold Şvartsenegger madam Tüsso muzeyində
1992-ci ildə Azərbaycan Suriya ilə diplomatik əlaqələr qurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0