Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan Aİİ-nin hansı ölkələrindən buğda alır?

Abunə olmaq
Ötən ildə Azərbaycan Qazaxıstandan 51,7 milyon dollar dəyərində 152,4 min ton buğda idxal edib. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən buğda idxalı haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan 2023-cü ildə Rusiya Federasiyasından buğda idxalını 0,9% artıraraq 1,1 milyon tona çatdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiya Azərbaycana 250 milyon dollardan çox taxıl tədarük edib.
Bundan əlavə, ötən ildə Azərbaycan Qazaxıstandan 51,7 milyon dollar dəyərində 152,4 min ton buğda idxal edib.
Azərbaycana tədarük olunan buğdanın 87%-i Rusiyanın, 13%-i isə Qazaxıstanın payına düşüb.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyon 175 min ton buğda idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 9 faizdən çox azdır.
Xəbər lenti
0