SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

© Sputnik / Владимир СмирновAzərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
O, bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.
BAKI, 27 mart - Sputnik. Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
O, bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.
Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.
Xəbər lenti
0