DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Jan-Pyer, Baydenin demensiyası ilə bağlı sualdan "inanılmaz dərəcədə inciyib"

© AP Photo / Evan VucciCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
Bu il Baydenin səhhəti ilə bağlı müzakirələrin yeni dalğası başlayıb.
BAKI, 27 mart — Sputnik. "WBT" radiostansiyasının jurnalistləri Amerika lideri Co Baydendə mümkün demensiya mövzusunu qaldırıblar. Suala cavabı Ağ Evin mətbuat katibi Jan-Pyer verib.
Söhbət zamanı administrasiya nümayəndəsi "inanılmaz dərəcədə inciyib". Baydenin psixi sağlamlığı ilə bağlı sual onun heç xoşuna gəlməyib.
"Mənə belə sual verdiyinizə inana bilmirəm", - Jan-Pyer bildirib.
Bundan sonra o, bir müddət ABŞ prezidentini və onun mühüm vəzifədə fəaliyyətini tərifləyib. Daha sonra mətbuat katibi qəfildən söhbətə son qoyub, jurnalistə xoş gün arzulayıb və telefonu qapadıb.
Qeyd edək ki, bu il Baydenin səhhəti ilə bağlı müzakirələrin yeni dalğası başlayıb. Belə ki, son vaxtlar Amerika lideri artıq bir neçə dəfə təkrarladığı hekayələri yenidən danışır, liderlərin adlarını, ölkələrin adlarını qarışdırır, mərhum siyasətçilərlə söhbətlərini xatırladır.
Xəbər lenti
0