CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 26 mart – FOTO

© Sputnik / Elnur Salayev26 mart
26 mart - Sputnik Azərbaycan, 1920, 26.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 26 mart — Sputnik. Martın 26-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 26-da kimlər dünyaya gəlib?
Sabit Rəhman (1910 - 1970) - Azərbaycan SSR əməkdar incəsənət xadimi, yazıçı və ssenaristdir. O, Azərbaycan sovet komediyasının banilərindən biridir. O, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin ssenaristi, həmçinin "Yeddi gözəl" baletinin librettosunun müəllifidir.
© Photo : AZƏRTACSabit Rəhman
Sabit Rəhman - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Sabit Rəhman
Ələsgər Ələkbərov (1910 -1963) - SSRİ xalq artisti, teatr və kino aktyorudur. Onun yaradıcılığının zirvəsi eyniadlı tamaşalarda yaratdığı Vaqif və Otello obrazları hesab olunur. Aktyor həmçinin "Böyük dayaq", "Fətəli xan" və s. filmlərdə də rol alıb. Viktor Emil Frankl (1905 - 1997) - avstriyalı psixiatr və psixoloqdur. O, ekzistensial psixologiya və psixoterapiyada istiqamət və üçüncü Vyana məktəbinin qurucusu olaraq logoterapiyanın yaradıcısı kimi tanınır.
© Photo : Public domainXalq artisti Ələsgər Ələkbərov
Xalq artisti Ələsgər Ələkbərov  - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Xalq artisti Ələsgər Ələkbərov
Larri Peyc (1973) amerikalı proqramçı, tərtibatçı və "Google" axtarış sisteminin həmtəsisçisidir (Sergey Brin ilə birlikdə). 2020-ci ilin iyul ayına olan məlumata görə, Peyc 67,1 milyard dollar sərvəti ilə dünyanın onuncu ən varlı adamıdır.
© AP Photo / Jeff ChiuLarri Peyc
Larri Peyc - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Larri Peyc
Kira Naytli (1985) – İngiltərə aktrisasıdır. O, "Kənd romanı", "Təmiz ingiliscə qətl", "Günahsız yalan", "Ulduz müharibələri. Epizod I: Gizli təhlükə" kimi film və seriallardakı rolları ilə tanınır. Epizod I: Fantom təhlükəsi", "Robin Qudun qızı: Oğrular şahzadəsi", "Bekham kimi oyna" və s. film və seriallardakı rolları ilə tanınıb.
© Vianney Le Caer / Invision / APKira Naytli
Kira Naytli - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Kira Naytli
Martın 26-da dünyada baş verən tarixi hadisələr
1845-ci ildə ABŞ-da tibbi plastır patentləşdirilib. "İxtiranın" müəllifi amerikalı Erl Dikson olub.
© Sputnik / Валерий Мельников / Mediabanka keçidPlastır, arxiv
Спортивная гимнастика. Тренировка олимпийской сборной России - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Plastır, arxiv
1881-ci ildə Rumıniya krallıq elan edilib.
© AFP 2023 / DANIEL MIHAILESCURumıniya bayrağı
Rumıniya bayrağı - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Rumıniya bayrağı
1998-ci ildə ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" sərəncam imzalayıb. Həmin dövrdən etibarən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
© Sputnik / Elnur Salayev31 Mart
31 Mart - Sputnik Azərbaycan, 1920, 25.03.2024
31 Mart
2006-cı ildə Rusiyanın "Odnoklassniki" sosial şəbəkəsi fəaliyyətə başlayıb. Hazırda saytın gündəlik ziyarəti təxminən 40 milyon nəfərdir.
© Sputnik / Murad Orujov"Odnoklassniki" sosial şəbəkəsinin istifadəçisi
Пользователь социальной сети Одноклассники - Sputnik Azərbaycan, 1920, 25.03.2024
"Odnoklassniki" sosial şəbəkəsinin istifadəçisi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0