SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kreml: İrəvan fəal şəkildə Aİ-ni Qafqazın problemlərində iştirakına cəlb edir

© AFP 2023 / DIMITAR DILKOFFВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 26.03.2024
Abunə olmaq
Ermənistan Bakının istəyinin əksinə olaraq Azərbaycanla sərhəddə Avropa müşahidə missiyasına icazə verib.
BAKI, 26 mart - Sputnik. Qafqazdan kənar qüvvələr regiona sabitlik gətirməyəcək, ona görə də onların iştirakı məhdudlaşdırılmalıdır.
"Report"un məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskva ilə İrəvan arasında münasibətlərdəki çətinlikləri şərh edərkən deyib.
Son aylar İrəvan Aİ-ni Qafqaz regionunun problemlərində iştiraka fəal şəkildə cəlb edir. Xüsusilə də Ermənistan Bakının istəyinin əksinə olaraq Azərbaycanla sərhəddə Avropa müşahidə missiyasına icazə verib.
"Təəssüf ki, Qafqaz müxtəlif qeyri-regional qüvvələrin diqqətini cəlb edir. Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki o sabitlik və rifah gətirə bilmir", - Peskov vurğulayıb.
Xəbər lenti
0