Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qaradağ GES üçün Çindən panellər tədarük edilib

© Sputnik / Кирилл Брага / Mediabanka keçidGünəş Elektrik Stansiyası, arxiv
Günəş Elektrik Stansiyası, arxiv - Sputnik Azərbaycan, 1920, 25.03.2024
Abunə olmaq
Ötən il 230 MVt gücündə quraşdırılmış Qaradağ Günəş Elektrik Stansiyasının (GES) açılışı olub.
BAKI, 25 mart - Sputnik. Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi “Masdar Azerbaijan”ın direktoru Murad Sadıqova istinadən məlumat yayıb.

“Söhbət Qaradağ günəş elektrik stansiyasından gedir. Onun təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib. Bu strateji obyekt Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən reallaşdırılıb. Stansiyanın gücü 230 MVt-dır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Azərbaycana xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək", - Murad Sadıqov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.
"Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bu layihə üçün panelləri Çinin “Longi” şirkəti tədarük edib. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərini 80 faiz azaldıb və bu enerji növünü milyonlarla insan üçün əlçatan edib”, - deyə M.Sadıqov qeyd edib.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Qaradağ günəş elektrik stansiyası
İnfoqrafika: Qaradağ günəş elektrik stansiyası - Sputnik Azərbaycan, 1920, 25.03.2024
İnfoqrafika: Qaradağ günəş elektrik stansiyası
Azərbaycanda 2023-cü ildə 230 MVt gücündə quraşdırılmış Qaradağ Günəş Elektrik Stansiyasının (GES) açılışı olub. Stansiya Birləşmiş Ərəb əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa edilib.
550 hektar ərazidə yerləşən GES layihəsi 50 min günəş panelinin istifadəsini nəzərdə tutur. Elektrik stansiyasının 110 min ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir.
Tikintisi 225 milyon dollara başa gələn Günəş Elektrik Stansiyası ildə 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək.
Qeyd etmək lazımdır ki, Qaradağ GES Cənubi Qafqazda ən böyük belə obyektdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0