Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

"Crocus City Hall"da ölən və yaralananların sayı artıb

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidМашины скорой помощи и полиции у концертного зала "Крокус Сити Холл"
Машины скорой помощи и полиции у концертного зала Крокус Сити Холл - Sputnik Azərbaycan, 1920, 24.03.2024
Abunə olmaq
Rusiya İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlayıb.
BAKI, 24 mart - Sputnik. Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.
Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.
Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlayıb.
22 mart 2024-cü ildə Moskva yaxınlığındakı Crocus City Hall-da terror aktı törədilib. Bir neçə nəfər terrorçu dinc sakinlərə atəş açıb və cinayətkarların hərəkətləri nəticəsində konsert zalının binasında genişmiqyaslı yanğın baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı 11 nəfərin, o cümlədən terrorda birbaşa iştirakda şübhəli bilinən 4 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılma Bryansk vilayətində baş verib.
Xəbər lenti
0