Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Krasnoqorskun müsəlman mərkəzində qurbanlara mənəvi dəstək mərkəzi açılıb

© Sputnik / Alexander Vilf / Mediabanka keçidMoskvada məscid, arxiv
Moskvada məscid, arxiv - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb.
BAKI, 23 mart - Sputnik. Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin (RF DUM) sədri, müfti Ravil Qaynutdinin tapşırığı ilə Krasnoqorsk Müsəlman Mərkəzində mənəvi-psixoloji dəstək mərkəzi yaradılıb və fəaliyyət göstərir. Bu barədə RİA Novosti-yə Moskva vilayətinin müftisi Ruşan Abbyasov bildirib.
“Rusiya Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Ravil Qaynutdin Krasnoqorskdakı müsəlman mərkəzində mənəvi və psixoloji yardım göstərən məntəqənin təcili təşkil edilməsi barədə göstəriş verib. Orada yerli müsəlman icmasının imamları növbə çəkir”, - müfti Ruşan Abbyasov bildirib.
Moskva vilayətinin müftisi Crocus City Hall-da törədilən terror aktını pisləyib.

“Bütün müsəlmanlar həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını dua ilə arzulayır”, - deyə Abbyasov bildirib.

Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0